Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO

Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
SOSİAL
23:01 08.06.2026
355
Şagirdin dərsdə saqqız çeynədiyinə görə cəzalandırıldığı iddia olunur...

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən xəbərinə görə, valideyni deyir ki, çeynədiyi saqqızı saçına yağışdırmağı tələb edən müəllim, daha sonra övladının saçını kəsib.

 "Xəzər xəbər"ə müraciət edən Suraxanı rayon Dədə Qorqud qəsəbəsi sakini Ceyran Kazımovanın iddiasına görə, hadisə 315 nömrəli tam orta məktəbin 8 "B" sinfində təhsil alan övladı Hacət Bədəlovun başına gəlib.

 Valideynin sözlərinə görə, hadisədən sonra 15 yaşlı oğlu ciddi psixoloji travma alıb.

 Saçının kəsildiyi iddia edilən şagird isə həmin gün baş verənləri belə xatırlayır.

 315 saylı tam orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Leyli Rüstəmova hadisə ilə bağlı araşıdırma aparıldığını deyir.

OXŞAR XƏBƏRLƏR