Bakıda sahibkar qarət olundu - Öz mağazasında

Bakıda sahibkar qarət olundu - Öz mağazasında
SOSİAL
22:21 31.10.2018
4788
Bakıda mağazadan oğurluq edilib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 16 ünvanında yerləşən mağazada baş verib.

Mağaza sahibi Təbriz Qasımov mağazada olarkən içərisində 1300 manat və iki mobil telefon olan çantasını piştaxtanın üzərinə qoyub.

Həmin vaxt təxminən 30 yaşlı müştəri həmin çantanı götürüb hadisə yerindən qaçıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR