Bakıda sahibkarın külli miqdarda pulunu mənimsəyən qadın həbs edildi

Bakıda sahibkarın külli miqdarda pulunu mənimsəyən qadın həbs edildi
SOSİAL
12:01 14.12.2018
4336
 Azərbaycanda sahibkarın külli miqdarda əmlakını mənimsəkdə təqsirləndirilən qadın həbs edilib.

Bu barədə "Report"a vəkil Fərid Həsənov məlumat verib.

Onun sözlərinə görə, bir müddət əvvəl biznesdə şəriklik adı ilə aldadılan azərbaycanlı sahibkar Nəcəf Nəsirli Gülarə Əliyeva adlı qadından şikayət edib: Müvəkkilim Nəcəf Nəsirlinin şikayəti əsasında saxlanılan Gülarə Əliyeva barəsində Xətait Rayon Məhkəməsinin qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib".

Məhkəmənin qərarından narazı qalan G.Əliyeva apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə onun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Vəkil bildirib ki, G.Əliyeva N.Nəsirliyə özünü qızıl-zinət əşyalarının biznesi ilə məşğul olan sahibkar kimi təqdim edib. Qadın N.Nəsirlinin ona olan inamından sui-istifadə edərək, külli miqdarda əmlakını ələ keçirib.

Sonradan araşdırma zamanı məlum olub ki, G.Əliyeva nə fiziki şəxs, nə də hüquqi şəxs kimi vergi qeydiyyatına alınmayıb, ümumiyyətlə VÖEN-i də olmayıb. Həmçinin, G.Əliyeva sahibkara müxtəlif qızıl-zinyət əşyalarının satışı mağazalarını özününkü kimi təqdim edib.

Araşdırma zamanı həmin mağazaların G.Əliyeva ilə əlaqəsinin olmadığı, tamamilə başqa şəxslərə məxsus olduğu ortaya çıxıb.

Aldandığını anlayan N.Nəsirli ona qarşı qızıl-zinyət əşyalarının biznesində şəriklik adı ilə dələduzluq edərək, külli miqdarda əmlakını ələ keçirən G.Əliyeva və rəhbərlik etdiyi bir qrup qadın barəsində bu ilin iyun ayında Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edib. İlkin araşdırma nəticəsində G.Əliyeva barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə cinayət işi başlansa da, qadın uzun müddət istintaqdan yayınaraq, gizlənib. Buna baxmayaraq, o, dekabrın 8-də 18-ci bölmənin polis əməkdaşları tərəfindən yaxalanaraq, istintaqa təhvil verilib.

İlkin məhkəmədən sonra G.Əliyeva müvəqqəti olaraq qadın təcridxanasına köçürülüb.

Məhkəmədə N.Nəsirli ona vurulmuş ziyanın ödənilməsini tələb edib.
 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Daha bir İcra Hakimiyyətində kütləvi ixtisar: 46 nəfər işsiz qaldı
10:33 31.03.2026
Daha bir İcra Hakimiyyətində kütləvi ixtisar: 46 nəfər işsiz qaldı
Selin Dion ağır xəstəlikdən sonra 10 konsert verəcək
10:26 31.03.2026
Selin Dion ağır xəstəlikdən sonra 10 konsert verəcək
Gülüstan Əliyeva "Sənəm" obrazında səhnəyə çıxdı - FOTOLAR
10:16 31.03.2026
Gülüstan Əliyeva "Sənəm" obrazında səhnəyə çıxdı - FOTOLAR
Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq
09:58 31.03.2026
Sumqayıtda 30 min abonentin qazı dayandırılacaq
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
09:47 31.03.2026
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Dünya bazarlarında neftin qiyməti artır
09:34 31.03.2026
Dünya bazarlarında neftin qiyməti artır
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
09:21 31.03.2026
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında - “Global Terrorism Index 2026” açıqlandı
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:38 31.03.2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:36 31.03.2026
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
08:33 31.03.2026
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
08:22 31.03.2026
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
05:18 31.03.2026
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
03:34 31.03.2026
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
02:41 31.03.2026
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
01:55 31.03.2026
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
01:12 31.03.2026
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO