Bakıda sakinlər səhəri qorxu ilə açdı - 70 nəfər xilas edildi

SOSİAL
09:41 12.12.2019
2046
Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində 2 otaqlı mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

OXŞAR XƏBƏRLƏR

X Mostbet