Bakıda sakinlərlə polis arasında qarşıdurma- FOTO

Bakıda sakinlərlə polis arasında qarşıdurma- FOTO
SOSİAL
17:02 14.06.2016
3539
Sakinlərin tələbləri yerinə yetirilib.
Bakının Nərimanov rayonu, Fətəli xan Xoyski 138-140 ünvanında yaşayan sakinlər ərazidə olan ağacların kəsilməyinə etiraz edirlər.
Sakinlər etiraz əlaməti olaraq avtomobil yolunu bağlayıb.
Yol bağlanandan sonra sakinlərlə polis arasında qarşıdurma yaranıb. Aksiya zamanı bir nəfər xəsarət alıb. Əraziyə təcili tibbi yardım maşınları gəlib.
Əraziyə əlavə polis qüvvələri cəlb olunub, sakinlərlə danışıq aparılıb.
Qarşı tərəfin nümayəndəsi - “Beqnaft” MMC-nin hüquqşünası Ərşad Sərdarov bildirib ki, bu qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə çəkişmələri olub:
“Ali Məhkəmə bizim xeyrimizə qərar çıxarıb. Tikintiyə başlamaqla bağlı sənədlərimiz də var. Amma qonşular tikintiyə icazə vermir. Ötən il bu məsələ ilə bağlı məhkəmələr davam etdiyindən işi dayandırmışdıq, indi isə tikintiyə başlamaq istəyirik”.
Danışıqlardan sonra sakinlərin tələbləri yerinə yetirilib. Kəsilən ağacların yerinə yeni şam ağacları əkilib. Hazırda yol açılıb.
///“Report”
OXŞAR XƏBƏRLƏR