Bakıda sanatoriya yanır: zəhərlənənlər var

Bakıda sanatoriya yanır: zəhərlənənlər var
SOSİAL
15:29 03.04.2018
7460
15:18

Bakının Sabunçu rayonu, Pirşağı qəsəbəsində "Gilavar" sanatoriyasında baş vermiş yanğınla bağlı 5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

A.Maqsudovun sözlərinə görə, şöbəyə gətirilənlərdən 2 nəfər azyaşlıdır: "Uşaqların vəziyyəti yaxşıdır, zəhərlənmə yoxdu, sadəcə, hadisədən qorxublar. Digər 3 nəfərin də səhhətində ciddi bir təhlükə yoxdur. Xəstələrə hazırda tibbi yardım göstərilir. Hələlik bizdə 5 nəfərdir. Ola bilər ki, yenə gətirsinlər".

Xatırladaq ki, Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı "Gilavar" Sanatoriyasında yanğın başlayıb. Hazırda yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

14:13

Bakıda sanatoriya binasında yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib. Yanğının qarşısının alınması ilə bağlı tədbirlər görülür.

AZXEBER.COM xəbər verir ki, yenicag.az-a hadisə şahidləri məlumat verib ki, məcburi köçkünlərin yaşadığı "Gilavar" sanatoriyasında yanğın binanın zirzəmisindən başlayıb.

Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR