Bakıda şantajla məşğul olan qadınlar həbs edildi - RƏSMİ

KRİMİNAL
14:16 04.03.2015
2533

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçirib.

Martın 2-də Bakı şəhərində paytaxt sakini Zəminə Məmmədova (ad və soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 3000 ABŞ dollarını alan şəxslər saxlanılıb. 

AZXEBER.COM Daxili İşlər Nazirlyinin saytına istinadən verdiyi məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şantaj edən Masallı rayon sakinləri Nigar Seyfullayeva və Günay Ağayeva tutulub.

OXŞAR XƏBƏRLƏR