Bakıda sarılıq təhlükəsi: İki qəsəbədən 14 nəfər xəstəxanada

Bakıda sarılıq təhlükəsi: İki qəsəbədən 14 nəfər xəstəxanada
SOSİAL
17:57 17.01.2024
447
Bakının Sabunçu rayonunun Əmircan və Bülbülə qəsəbələrində sarılıq xəstəliyi yayılıb. Yerli əhali buna kanalizasiya sularının içməli suya qarışmasının səbəb olduğunu deyir.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Sabunçu Rayon Xəstəxanasının mətbuat katibi Səkinə Yusibli Publika.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda xəstəliyin hansı səbəbdən yarandığı araşdırılır:

"Dəqiqliklə deyə bilmərik ki, xəstəlik sudan olub, ya hava-damcı yolu ilə keçib. İlk müraciətlər 11-12 yanvar tarixlərində olub. Hələ də davam edir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin Yoluxucu Xəstəliklər Şöbəsində hazırda hepatit (sarılıq) səbəbi ilə stasionar müalicə alan 14 nəfərin hər birinin yaşayış ünvanı Suraxanı rayonudur və əsasən, Bülbülə və Əmircan qəsəbəsi sakinləridir. Onların doqquzu qadın, beşi isə kişidir. Vəziyyətləri stabil olaraq dəyərləndirilir”.

Hepatit A (xalq arasında "sarılıq” deyilir) virusu ən çox çirkli sulardan keçdiyi üçün yay aylarında bu xəstəliyə tutulanların sayında hədsiz dərəcədə artım görünür. Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da hepatit A virusuna yoluxma riski daha çoxdur. Hepatit A xəstəliyinin simptomları: solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.

Həkim-infeksionist Vasif Əliyev qeyd edib ki, sarılıq xəstəliyi daha çox antisanitariya səbəbi ilə yayılır:
"Həmin 14 nəfərin ortaq ünvanı araşdırılmalıdır. Çünki həmin insanlar ortaq su və qida istifadə edə bilərlər. Ona görə bunun epidemioloji tərəfi araşdırılmalıdır. Çünki xəstəlik daha çox fekal-oral yolla yoluxur. Mütləq şəkildə araşdırılmalı və nəzarətə götürülməlidir. Xəstəliyin əsas qorunma yolu peyvənd olunmaqdır. Amma mütləqdir ki, gigiyena qaydalarına ciddi surətdə əməl olunsun. Əgər ortada bir təhlükə varsa, epidemioloji qurum bunu nəzarətə götürməlidir”.

Sarılıq dəri və göz ağlarının sarı göründüyü tibbi bir vəziyyətdir. Sarılıq, əslində, bir xəstəlik deyil, bir çox müxtəlif xəstəliklərin nəticəsi ola biləcək bir simptomdur.

Qeyd edək ki, TƏBİB-dən sözügedən ərazilərdən sarılıq xəstəliyi ilə bağlı müraciətlər daxil olduğu və pasiyentlərə zəruri tibbi xidmət göstərildiyi bildirilib. "Azərsu” ASC isə sakinlərin içməli sudan yoluxucu xəstəliyə tutulması xəbərini təkzib edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda xeyriyyə adı ilə toplanan pullara kim nəzarət edir?
17:17 20.07.2026
Azərbaycanda xeyriyyə adı ilə toplanan pullara kim nəzarət edir?
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
17:13 20.07.2026
Qara dənizdə azərbaycanlıların olduğu obyektlərə hücumlar: Təsadüfdür, yoxsa planlı?
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
17:06 20.07.2026
"1xeber" - 10 illik etimad, operativlik və ictimai məsuliyyət yolu
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
16:55 20.07.2026
Azərbaycan nümayəndə heyəti Şimali Kiprin rəhbərliyi ilə görüşdü - FOTOLAR
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
16:52 20.07.2026
Qazaxda faciə - Ata qızı ilə birgə göldə batdı
Fərid Şahbazlı Qazaxıstanda beynəlxalq mükafata layiq görüldü - FOTOLAR
16:48 20.07.2026
Fərid Şahbazlı Qazaxıstanda beynəlxalq mükafata layiq görüldü - FOTOLAR
Gözəllik naminə hansı riskləri gözə alırıq? - Plastik əməliyyatların görünməyən tərəfi
16:46 20.07.2026
Gözəllik naminə hansı riskləri gözə alırıq? - Plastik əməliyyatların görünməyən tərəfi
“Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabının təqdimatı keçirildi - FOTOLAR
16:43 20.07.2026
“Xəzərin sahilindən…” verilişinin eyniadlı kitabının təqdimatı keçirildi - FOTOLAR
Qaradağda oğurluq edən 3 nəfər saxlanıldı
16:27 20.07.2026
Qaradağda oğurluq edən 3 nəfər saxlanıldı
Əfqan Cəlilov donanma rəisini vəzifəsindən azad etdi
16:18 20.07.2026
Əfqan Cəlilov donanma rəisini vəzifəsindən azad etdi
Qarabağa köçən gənc ailə: “İki insan əl-ələ verəndə çox gözəl həyat yarada bilir” - VİDEO
15:59 20.07.2026
Qarabağa köçən gənc ailə: “İki insan əl-ələ verəndə çox gözəl həyat yarada bilir” - VİDEO
Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA
15:47 20.07.2026
Baş Prokuroluqdan "UĞUR-777" və Gülbadə Abdullayeva ilə bağlı - AÇIQLAMA
HƏMAS-ın yeni lideri bəlli oldu
15:41 20.07.2026
HƏMAS-ın yeni lideri bəlli oldu
Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
15:37 20.07.2026
Bir və “UnionPay” tərəfdaşlığı ilə Azərbaycanda beynəlxalq ödəniş imkanları genişlənir
TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
15:35 20.07.2026
TuranBank-ın Gəncə filialı artıq yeni ünvanda
“Azərsun Holdinq”in dəstəyi ilə “Mediada Azərbaycan dili” kitabı nəşr olunub
15:29 20.07.2026
“Azərsun Holdinq”in dəstəyi ilə “Mediada Azərbaycan dili” kitabı nəşr olunub