Bakının Suraxanı Rayon Polisi 20 yaşlı qızın saunada zorlanması ilə bağlı şikayət ərizəsindən sonra təhqiqat aparıb.
Gün.Az-ın verdiyi xəbərə görə, Suraxanı rayon polis idarəsinin apardığı təhqiqat nəticəsində qızın fahişəliklə məşğul olduğu məlum olub.Həmin gecə o, doğrudan da öz tanışı ilə Günəşli qəsəbəsindəki “Altun” saunasına gedib. Ancaq onlar tək olmayıblar. A.İ. saunaya artıq orada onları gözləyən tanışının dostu üçün öz rəfiqəsini də çağırıb. “Saunada cütlüklər qarşılıqlı razılıq əsasında intim əlaqəyə giriblər. Bunun müqabilində qızların hər birinə 100 dollar söz verilib. Ancaq sonra razılaşdırılmış məbləği ödəmək istəməyən kişilər qızların ikisinə bir yerdə 100 dollar veriblər”, - polisdə bildirilib.Bunun ardınca isə qızlar polisə müraciət ediblər.