İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 1968-ci məhəllədə Ramin Qənbərova məxsus mağazada aparılan yoxlama zamanı mağazada mənşəyi məlum olmayan sement satıldığı, satışda olan “Qaradağ-R” adlı M-400 və M-300 markalı sementlərin etiketlərində çəkilərinin 40kq+‒2% göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğu müəyyən edilib.Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bundan başqa, satışda olan “Qaradağ-AND” adlı M-400 markalı sementlərin etiketində çəkidəki kənarlaşma həddinin normativ texniki sənədlərlə müəyyən edilmiş normadan artıq göstərildiyi, faktiki çəkilərinin isə etiket göstəricisindən 5-10% az olduğu aşkarlanıb.Dövlət Xidməti tərəfindən həmçinin Bakı şəhəri, Xəzər rayonu, Ə.İsazadə küçəsi ilə Vaqif küçəsinin kəsişməsində Rəşadət Babazadəyə məxsus mağazada aparılan yoxlama zamanı mağazada mənşəyi məlum olmayan sement satıldığı, satışda olan “Qaradağ-H” adlı M-400 və M-300 markalı sementlərin etiketlərində çəkilərinin 40kq+‒2% göstərildiyi halda, bəzi kisələrin faktiki çəkisinin etiket göstəricisindən 5-10% az olduğu müəyyənləşdirilib.