Bakıda sərnişin avtobusu piyadanı vurdu

SOSİAL
09:50 09.10.2024
277
Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, sərnişin avtobusu 1956-ci il təvəllüdlü Rzayeva Böyükxanım İldırım qızı yol kənarında olarkən onu vurub.

Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
OXŞAR XƏBƏRLƏR