Bakıda sərxoş gənclər polisi döydü

Bakıda sərxoş gənclər polisi döydü
11:20 05.03.2013
1364

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə martın 4-də, saat 17:30 radələrində Şərifzadə küçəsi-46 ünvanında qeydə alınıb. 1988-ci il təvəllüdlü Səlimov Fərid Qəribşah oğlu və 1991-ci il təvəllüdlü Balayev Emin Zakir oğlu sərxoş vəziyyətdə DİN Çevik Polis Alayının əməkdaşı, polis serjantı Kəlbəliyev Arzu Kəlbəli oğluna hücum edib. Həmin şəxslər polis nəfərinə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. 

A.Kəlbəliyevə tibbi yardım göstərilib. Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR