Bakıda sərxoş sərnişin avtobusun şüşəsini sındırdı - FOTO

Bakıda sərxoş sərnişin avtobusun şüşəsini sındırdı - FOTO
SOSİAL
17:27 02.11.2025
102
Bakıda avtobusda içkili sərnişin insident törədib.

AZXEBER.COM "Unikal”a istinadən xəbər verir ki, hadisə Qara Qarayev  prospektində hərəkət edən 11 nömrəli sərnişin avtobusunda baş verib. Özünü idarə edə bilməyən sərnişin digərlərinin təkidi ilə avtobusdan endirilib. İçkili şəxs bundan sonra "BakuBus"un qapısını yumruqlayıb və nəticədə pəncərə qırılıb.

Avtobus xətdən çıxarılıb, sərnişinlər düşürülüb. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gələrək içkili sərnişini şöbəyə aparıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR