Bakıda sevdiyi qızın yaşadığı binanın həyətində fişəng partladan oğlan saxlanıldı - VİDEO

Bakıda sevdiyi qızın yaşadığı binanın həyətində fişəng partladan oğlan saxlanıldı - VİDEO
SOSİAL
12:44 27.08.2019
2991
Avqustun 25-də gecə saat 01:00-da Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib.

DİN Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib. 

E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib. 
 

OXŞAR XƏBƏRLƏR