Bakıda sevgililərə hökm oxundu - 9 il cəza

Bakıda sevgililərə hökm oxundu - 9 il cəza
SOSİAL
12:08 08.05.2017
1016

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən sevgililər - Fərid Əhmədov və Nigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

Hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub. 

Məhkəmə kollegiyasının hökmü ilə hər iki şəxs 9 il müddətinə azadlıqdan məhrum edilib. 

 

Qeyd edək ki, F.Əhmədov və N.Ağayeva ötən ilin iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 min manatlıq qızıl oğurlamaqda təqsirləndirilirlər.


///Qafqazinfo
OXŞAR XƏBƏRLƏR