Bakıda kişi keçmiş arvadını öldürdü, yanındakı oğlanı isə bıçaqladı

Bakıda kişi keçmiş arvadını öldürdü, yanındakı oğlanı isə bıçaqladı
SOSİAL
11:18 01.05.2018
3621
Bakıda dəhşətli qətl törədilib.

Hadisə bu gün saat 10.00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, "Şərq” bazarı yaxınlığında qeydə alınıb. Şəxsiyyəti hələ istintaqa məlum olmayan bir qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
 
11.57

11:56

Bakıda törədilən qətlin təfərrüatları məlum olub.

Qətlə yetirilən qadının Zəhra İbrahimova olduğu açıqlanıb. Hadisəni Z. İbrahimovanın keçmiş həyat yoldaşı Rəşad İbrahimov törədib. Belə ki, keçmiş həyat yoldaşını oğlanla görən R. İbrahimov onların hər ikisini bıçaqlayıb. Nəticədə Z. İbrahimova ölüb, onun yanında olan Emin Əliyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

///Apa
OXŞAR XƏBƏRLƏR