Bakıda sevgilisinə əsəbiləşən qadın yüksək dozalı dərman içib ...

Bakıda sevgilisinə əsəbiləşən qadın yüksək dozalı dərman içib ...
SOSİAL
23:11 26.11.2018
6950
Bakıda qadın əsəbiləşərək dərman içib.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Rayon sakini, 1987-ci il təvəllüdlü Şahvələdova Məlahət Nadir qızı Famil adlı tanışı ilə mübahisə edib. Famil adlı şəxs ona yalan vədlər verərək onun hissləri ilə oynadığından qadın əsəbiləşərək "Majezik" adlı ağrıkəsici həbindən 6-7 ədəd içib.

Nəticədə qadın zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR