Bakıda sexdən iyrənc görüntülər - FOTO

Bakıda sexdən iyrənc görüntülər - FOTO
SOSİAL
12:18 10.07.2019
3784

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 "Çağrı Mərkəzi”nə paytaxt sakini tərəfindən Bakının Nizami rayonu, R. Rüstəmov küçəsində fəaliyyət göstərən iribuynuzlu heyvanların daxili orqanlarının emalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə şikayət daxil olub.


AZXEBER.COM xəbər verir ki, daxil olan məlumat əsasında AQTA əməkdaşları həmin sexdə monitorinq aparıb və şikayət öz təsdiqini tapıb. Məlum olub ki, müəssisə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərir. Yaşayış və ictimai-iaşə müəssisələrinin yaxınlığında yerləşən müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib.

Sexdə havalandırma sisteminin quraşdırılmadığı, təmizlənmiş daxili orqanların möhtəviyatının təmizləyici qurğudan keçmədən kanalizasiyaya axıdıldığı məlum olub.

Müəssisədə istifadə olunan xammalın sağlamlığını təsdiq edən baytarlıq arayışları AQTA əməkdaşlarına təqdim edilməyib. Monitorinq zamanı bəlli olub ki, sexdə çalışan işçilər fərdi mühafizə, gigiyenik geyimlərlə təmin olunmurlar. Aşkar olunmuş nöqsanlar əsasında sexin fəaliyyəti məhdudlaşdırılıb.

Vətəndaşlardan bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp zelenski ilə görüşüb
22:10 23.09.2025
Tramp zelenski ilə görüşüb
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
22:05 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Keniya Prezidenti ilə görüşüb
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
21:50 23.09.2025
Əfqanıstan: Baqram bazasını ABŞ-a geri verməyəcəyik
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
21:41 23.09.2025
Ərdoğan Nyu-Yorkda BMT Baş katibi ilə görüşüb
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
21:36 23.09.2025
BMT Baş Assambleyası çərçivəsində Fransanın Dənizaşırı ərazilərinə dair beynəlxalq konfrans keçiriləcək
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
21:33 23.09.2025
Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi ilə görüşüb
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
21:23 23.09.2025
Tramp Avropa ölkələrini miqrasiya probleminə görə tənqid edib
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
21:08 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Yunanıstanın Baş naziri ilə görüşüb
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
21:01 23.09.2025
Prezident və birinci xanım BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli müzakirələrdə iştirak ediblər
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
20:52 23.09.2025
İlham Əliyev BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında İraq Prezidenti ilə görüşüb
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
20:48 23.09.2025
Serbiya Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
20:45 23.09.2025
"Kəşfiyyatçı Xanı" kimi tanınan Səyyaf Əhmədov minaya düşərək HƏLAK OLDU
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
20:41 23.09.2025
"İlham Əliyevə bir daha təşəkkür edirəm" - Ərdoğan
BMT tribunasından Qəzza MESAJI
20:37 23.09.2025
BMT tribunasından Qəzza MESAJI
“Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor
20:28 23.09.2025
“Bank of Baku” istiqrazları yüksək tələbatla satıldı - 601 investor
Baku TV-yə yeni baş redaktor təyin olundu
20:14 23.09.2025
Baku TV-yə yeni baş redaktor təyin olundu