Bakıda silahlı atışma, polisə bıçaqlı müqavimət - Deputatdan açıqlama

Bakıda silahlı atışma, polisə bıçaqlı müqavimət - Deputatdan açıqlama
SOSİAL
16:12 15.05.2019
5488
Tanınmış general-leytenant Məhərrəm Əliyevin qohumu İsa Əzizovun adı yenidən silahlı insidentdə hallanıb. Bu dəfə atışma mayın 13-dən 14-nə keçən gecə şəhərin mərkəzində baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları atışmanın bütün iştirakçılarını saxlayıb.

Məlumata görə, insident Aşıq Molla Cümə küçəsində, 3 nömrəli yaşayış binasının qarşısında baş verib. 27 yaşlı Əzizov İsa Nadir oğlu və 26 yaşlı Binnətəliyev Samir Teyyub oğlu odlu silahdan atəş açaraq, ictimai asayişi pozub.

Polis əməkdaşları hadisə yerinə gələrək, onların silahı yerə qoymasını tələb edib. Tələbə tabe olmaq əvəzinə generalın qohumu bıçaqla asayiş keşikçisinə müqavimət göstərib. 

Nəticədə hər iki şəxs saxlanılıb, polis əməkdaşları hadisə yerində "Vinçester” tipli tüfəng, iki giliz, pnevmatik tapançanın darağı, iki kastet, bir dəmir dəyənək və bir bıçaq müsadirə edib.

Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq), 228-ci (qanunsuz silah daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi üzrə cinayət işi açılıb.

Xatırladaq ki, əvvəllər də paytaxt ərazisində baş vermiş müxtəlif kriminal qarşıdurmalarda İsa Əzizovun adı hallanıb. 2016-cı ilin yanvar ayında o, dostları ilə birlikdə Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinin əməkdaşını döymüşdü. İnsident nəticəsində YDM mühafizəçisi Sadiq Bağırov ağır xəsarət almışdı.

***

İsa Əzizovun atəş açdığı şəxslər kriminal aləmin üzvləri olub. Onunla birgə 6 nəfər saxlanılıb, digər şəxslər isə axtarışa verilib. İ.Əzizov saxlanılan zaman polislərə müqavimət göstərib.

***

AZXEBER.COM xəbər verir ki, millət vəkili Adil Əliyev "Qafqazinfo”ya onun və Məhərrəm Əliyevin  bacısı nəvəsi və qohumları kimi təqdim olunan İsa Əzizovla bağlı açıqlama verib.

Deputat bildirib ki, hələ bir neçə il bundan əvvəl İsa Əzizovun hərəkətləri ilə bağlı açıqlama verib. "Yanacaqdoldurma məntəqəsində hadisə baş verəndə biz bildirdik ki, sözügedən şəxs bacımızın nəvəsi deyil, dayımızın nəvəsidir. Və onun hərəkətlərinə görə biz cavabdeh deyilik. Bu qədər uzaq qohumu Məhərrəm Əliyevin az qala ailə üzvü kimi təqdim etmək və onun adına bağlayaraq xəbəri tirajlamaq doğru deyil. Əgər onun hərəkətlərinə himayədarlığı Məhərrəm Əliyev və mən etsəydim bu yerinə düşərdi. Bu hadisəyə görə 4-5 nəfər həbs olunub, onların içərisində yalnız İsa Əzizovun adı xəbərə çevrilibsə, bu Məhərrəm Əliyevə çamur atmaq niyyətindən xəbər verir. Məhərrəm Əliyev və mən cinayətkarlığa qarşı daim mübarizə aparan adam olmuşuq. Onun hərəkətlərini də hər zaman pisləmişik, xahişini heç kəsdən etməmişik və bu hadisəyə görə də İsa da digərləri kimi qanun qarşısında cavab verəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
09:00 11.10.2026
ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
08:52 11.10.2026
İranda daşqınlar nəticəsində bir nəfər ölüb, iki nəfər itkin düşüb
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
08:43 11.10.2026
BMT-nin baş katibi Ər-Riyad hava limanına hücumu pislədi
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
08:36 11.10.2026
Honq-Konqda meymun çiçəyi xəstəliyinə yoluxma halları artıb
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
08:30 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq ölüb
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
08:26 11.10.2026
Səudiyyə Ərəbistanı hava limanına hücuma sərt cavab veriləcəyini açıqlayıb
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
08:20 11.10.2026
ABŞ Oman körfəzində yük gəmisinə zərbə endirib
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb
08:12 11.10.2026
Antalyada baş verən atışmada bir nəfər ölüb, iki nəfər yaralanıb