Bakıda silahlı insidentlərdə 4 nəfər öldü

Bakıda silahlı insidentlərdə 4 nəfər öldü
22:51 12.02.2013
1180
Son bir həftə ərzində paytaxtda qeydə alınan silahlı insidentlər nəticəsində ümumilikdə dörd nəfər ölüb, 2 nəfər isə yaralanıb. Bundan əlavə, qanunsuz silah gəzdirdiyinə görə, həbs edilənlər də olub. Bütün bu faktlar son dövrlərdə silahın əldə edilməsi, saxlanılması və daşınması məsələsini aktual edib. Bəs görəsən ümumiyyətlə insanlar nə üçün silah əldə etməyə səy göstərirlər? Bu bir dəb, yoxsa müdafiə vasitəsidir?Sosioloq Rafiq Təmrazovun fikrincə, bu gün silahla bağlı ölüm halları müşahidə edilsə də, bütövlükdə silah gəzdirmə bizim cəmiyyət üçün elə də aktual deyil.İnsanların silah gəzdirmə səbəblərinə gəldikdə isə hüquqşünas Müzəffər Baxışov qeyd edir ki, Azərbaycanda 1997-ci ildə qəbul edilən “Xidməti və mülki silah haqqında” qanuna görə, adi vətəndaşlara yalnız yivsiz lüləli ov tüfəngini əldə etməyə, saxlamağa və daşımağa icazə verilir. Lakin bu silahı da əldə etmək üçün bəzi sənədlər tələb olunur.Hüquqşünas onu da əlavə etdi ki, mövcud qanunvericiliyə görə, yalnız bu silahı hər hansı bir şəxs qeyri-qanuni əldə edərsə, onu İnzibati Xətalar Məcəlləsinə görə 80-100 manat arasında cərimə gözləyir. Müzəffər Baxışov onu da xüsusi vurğuladı ki, digər odlu silahların əldə edilməsi, saxlanması və ya daşınması qanunla qadağandır və qanun yalnız bəzi şəxslərə öz xidməti silahlarını gəzdirməyə icazə verir.
OXŞAR XƏBƏRLƏR