Bakıda silahlı şəxs saxlanıldı

Bakıda silahlı şəxs saxlanıldı
SOSİAL
18:11 14.01.2020
3379
Üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Oğuz rayon sakini Alqayıt Məmmədov Bakıxanov qəsəbəsində tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 3 ədəd həmin silaha məxsus  patron və daraq aşkar edilərək götürülüb.

Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR