21 dekabr 2015-ci devalvasiyasından sonra Bakı şəhərinin bir sıra satış nöqtələrində kəskin bahalaşan siqaretlərin qiymətlərində əhəmiyyətli ucuzlaşma qeydə alınıb.
Satış nöqtələrində çalışan satıcılar ucuzlaşmanın şənbə günündən etibarən baş verdiyini deyib:
“Bəzi siqaretlər şənbə günü, bazar günündən etibarən isə demək olar hamısının qiyməti ucuzlaşıb”.
Qeyd edək ki, markasından asılı olaraq siqaretlərin qiyməti 35 faizdən 50 faizə qədər aşağı düşüb.
///Modern.az

