Bakıda sirkə turşusu içən 84 yaşlı qadın öldü

Bakıda sirkə turşusu içən 84 yaşlı qadın öldü
SOSİAL
16:08 11.10.2016
999
Bakıda ahıl qadın zəhərlənərək ölüb.

Xətai Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Rayon sakini 84 yaşlı Süsən Ağaqulu qızı Kazımova sirkə turşusu içib. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin intihar olub-olmamağı araşdırılır.

APA.az 
OXŞAR XƏBƏRLƏR