Bakının Nizami rayonunda qan tökülüb.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında 29 yaşlıAnar Nəzərovbıçaqlanıb. Qarnından yaralanan A.Nəzərov xəstəxanaya yerləşdirilib.
Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən bildirildi ki, A.Nəzərov “Topaz” bukmeker kontorunun əməkdaşıdır. O, kim tərəfindən və harada vurulması ilə bağlı dəqiq açıqlama verməyib.
Hazırda qanlı hadisəni törədən şəxs axtarılır.