Bakıda şirkət rəhbərinin fırıldaqçılığı sərhəd tanımadı: 1000-dən çox şəxsə işçi kimi icazə verdilər - VİDEO

Bakıda şirkət rəhbərinin fırıldaqçılığı sərhəd tanımadı: 1000-dən çox şəxsə işçi kimi icazə verdilər - VİDEO
SOSİAL
14:36 09.01.2021
1413
Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı dövlət orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.

Belə ki, Daxili İşlər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları "icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar.

Əməliyyat zamanı həmin şirkətlərdən birinin təsisçisi və direktoru olan Bakı şəhər sakini Səməd Hüseynzadənin 1000 nəfərdən artıq vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.

Qeyd edilən iki dövlət qurumunun əməkdaşları tərəfindən birgə keçirilən daha bir analoji tədbir zamanı isə digər MMC-nin təsisçisi və direktoru olan Amil Əhmədov da saxlanlıb.

Araşdırma zamanı onun saxta məlumatlar və sənədlər əsasında çoxsaylı vətəndaşları "icazə.e-gov.az” portalından guya özünə məxsus şirkətdə işlədiklərinə dair qeydiyyatdan keçirdiyi məlum olub.

Bununla da Amil Əhmədov həmin şəxslərə ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə qanunsuz şərait yaradıb.

Araşdırma zamanı qanunsuz qeydiyyatdan keçən şəxslərin heç birinin portalda göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri ləğv olunub. 

Faktlarla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanılıb.

MMC-lərin direktorları Səməd Hüseynzadə və Amil Əhmədov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbirləri seçilib.

Müvafiq araşdırmalar və əməliyyat-axtarış  tədbirləri davam etdirilir. 
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO