Bakıda şok hadisə - Polis ehtiyatsızlıqdan özünü güllələdi

Bakıda şok hadisə - Polis ehtiyatsızlıqdan özünü güllələdi
SOSİAL
19:07 30.06.2018
12335
Bu gün Bakıda polis ehtiyatsızlıqdan özünü güllələyib.

AZXEBER.COM-un ölkə.az-a istinadən xəbərinə görə, DİN-in mətbuat xidmətindən verilən məlumata əsasən, Nəsimi RPİ-nin əməkdaşı ona təhkim olunan silahdan ehtiyatsız davrandığına görə özünə xəsarət yetirib. Hazırda onun müalicəsi davam edir. 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

15:37

Bu gün Bakıda dəhşətli intihar hadisəsi baş verib.

AZXEBER.COM-un ölkə.az-a istinadən xəbərinə görə, polis işçisi Rüfət İsmayılov tabel silahı ilə özünü güllələyib. Hazırda yaralı Rüfət Kliniki Tibbi Mərkəzdə əməliyyat olunur.

İlkin araşdırmalar zamanı onun Nəsimi RPİ-nin əməkdaşı və rütbəcə leytenant olduğu məlum olub. Bundan başqa Rüfətin keçmiş polis rəisi, təqaüddə olan Vaqif İsmayılovun oğlu olduğu deyilir. Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırmalara başlanılıb. 

Milli.Az
OXŞAR XƏBƏRLƏR