Bakıda sosial şəbəkə istifadəçilərini şantaj edən şəxs həbs edildi – FOTO

Bakıda sosial şəbəkə istifadəçilərini şantaj edən şəxs həbs edildi – FOTO
SOSİAL
19:16 26.12.2021
556
Sosial şəbəkələrdə bir çox insanın şəxsi foto və videogörüntülərini ələ keçirərək onlardan pul tələb edən şəxs müəyyən edilib.
 
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla sosial şəbəkə istifadəçilərini şantaj edən Bakı şəhər sakini Kamran İsgəndərov saxlanılıb.
 
K.İsgəndərov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya təsdiq ediblər.

Qeyd edək ki, prokurorluq və polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
 

 


OXŞAR XƏBƏRLƏR