Bakıda stadionda futbol oynayan 10 nəfərin mobil telefonu oğurlandı

Bakıda stadionda futbol oynayan 10 nəfərin mobil telefonu oğurlandı
SOSİAL
16:15 08.07.2021
437
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə iyulun 3-də H.B.Zərdabi küçəsində yerləşən stadionda futbol oynayan 10 nəfərin mobil telefonlarının oğurlanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Abbasov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR