Sentyabrın 29-da yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Suraxanı rayonunda avtomobil yoluna yığılan yağış suları "İSUZU” markalı avtobusun hərəkətini məhdudlaşdırıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtobusda olan 2 nəfərə müvafiq köməklik göstəriblər.
APA.Az