Bakıda süni göldə yeniyetmə boğulub

Bakıda süni göldə yeniyetmə boğulub
SOSİAL
22:47 13.06.2021
663
Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə həmyaşıdları ilə birgə çimən zaman batan yeniyetmə ilə bağlı məlumat yayıb.

FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun axtarışları başa çatıb.

E.Novruzovun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR