Bakıda sünnət zamanı uşaq öldü

İDMAN
19:18 02.04.2013
3962

Bu gün Abşeron rayonunda faciəvi hadisə baş verib.

Rayonun Kürdəxanı kənd sakini, 2 ay əvvəl dünyaya gəlmiş Qurbanlı Hüseyn sünnət edilərkən ölüb. Körpə Bakı şəhərinin Xəzər rayonu ərazisində, Buzovnadakı 14 saylı təcili tibbi yardım stansiyasında həkim tərəfindən sünnət olunarkən keçinib.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və digər aidiyyatı təşkilatların nümayəndələri cəmləşib. Hadisənin təfərrüatları hələlik məlum deyil. (lent.az)

OXŞAR XƏBƏRLƏR