Bakıda supermarketdə oğlanın boğazını kəsdilər

Bakıda supermarketdə oğlanın boğazını kəsdilər
SOSİAL
10:15 15.03.2021
503

Bakının Nizami rayonunda yerləşən iri supermarketin sanitar qovşağında boğazı kəsilmiş 28 yaşlı oğlan tapılıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında yerləşən supermarketlərin birində qeydə alınıb.

Marketin işçiləri sanitar qovşaqda bir nəfəri boğazı kəsilmiş halda aşkar ediblər. Yaralı xəstəxanaya çatdırılıb. Onun 1993-cü il təvəllüdlü İsmayılov Şakir Bəşir oğlu olduğu müəyyən edilib.

Hadisənin təfərrüatları polislər tərəfindən araşdırılır.

OXŞAR XƏBƏRLƏR