Bakıda supermarketdən səkkiz min manat oğurlandı

Bakıda supermarketdən səkkiz min manat oğurlandı
SOSİAL
18:01 24.04.2020
1019
Aprelin 23-nə keçən gecə Bakının Binəqədi rayonundakı "Neptun” supermarketlərindən birində külli miqdarda oğurluq hadisəsi baş verib.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Naməlum şəxsin qapıdakı dəmir barmaqlığı kəsməklə, Biləcəri qəsəbəsində yerləşən "Neptun” supermarketinə daxil olaraq, 8 000 manat pulu oğurladığı məlum olub.

Oğurluq hadisəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırılır.

Qeyd edək ki, ötən gün ərzində Daxili İşlər Nazirliyinin paytaxt şöbələrinin əməkdaşları tərəfindən 22 oğurluq faktı qeydə alınıb.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR