Bakıda süpürgəçini avtomobil vurdu

Bakıda süpürgəçini avtomobil vurdu
SOSİAL
11:04 17.10.2022
157
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bahar qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Hüseynova Nüşabə Camal qızı yolu süpürərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR