Bakıda sürücü 13 nəfəri maşınla əzdi

Bakıda sürücü 13 nəfəri maşınla əzdi
13:16 21.06.2012
1934
Daxili İşlər Nazirliyi Bakıda dünən gecə saatlarında baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 20-də saat 00:15 radələrində Bakının Nizami rayonu ərazisində "Mersedes" və "VAZ-2107" markalı avtomaşınlar toqquşub, ölən və xəsarət alan olmayıb.Bununla əlaqədar hadisə yerinə bir qrup şəxs toplaşıb və bu zaman oradan keçən Bakı şəhər sakiniFuad Əliyevin idarə etdiyi "Merсedes" və Şərur rayon sakiniElçin Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşub.Əliyev idarəetməni itirdiyindən hadisəyə baxan 13 nəfər şəhər sakinini vurub.Nətiсədə 2 nəfər xəstəxanaya yerləşdirilib, digərlərinə isə tibbi yardım göstərildikdən sonra buraxılıblar.-----------09:59Nizami Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, iyunun 19-da saat 00:30 radələrində "Neftçilər" metro stansiyası yaxınlığında, Rüstəm Rüstəmov 32 ünvanında baş vermiş qeyri-adi qəzada 12 nəfər xəsarət alıb.Məlumata görə, həmin yolda "Mercedes" və "VAZ-2107" markalı iki avtomobil toqquşub.Qəzada xəsarət alan olmasa da, həmin avtomobillərin sürücülərinin mübahisəsi zamanı ətrafa xeyli sayda insan topalaşıb.Bu zaman "Mercedes" markalı başqa bir avtomobil yüksək sürətlə hərəkət edərək həmin insanların üstünə sürüb.İdarədən bildirilib ki, hadisə zamanı 12 nəfər xəsarət alıb. Onlardan 2-si hazırda 3 saylı şəhər kliniki xəstəxanasında müalicə olunur, digərlərinə isə tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.Qəzanı törədən avtomobili sürücüsü saxlanılıb.Faktla bağlı Nizami RPİ-də cinayət işi başalnıb.
OXŞAR XƏBƏRLƏR