Bakıda sürücü idarəetmədən çıxaraq maşını aşırtdı: Ölənlər var - YENİLƏNİB

Bakıda sürücü idarəetmədən çıxaraq maşını aşırtdı: Ölənlər var - YENİLƏNİB
SOSİAL
23:20 03.01.2023
783

Bakıda baş verən qəzada ölən şəxslərdən daha birinin kimliyi bilinib.

DİN mətbuat xidmətindənAPA-ya bildirilib ki, ölən sərnişin İsgəndərov Məmməd Pavlik oğludur.

Qəzaya səbəb sürücü E. Əhmədovun sükana nəzarəti itirməsi olub.

Nəticədə maşın elektrik dirəyinə çırpılıb.

Hadisə saat 18:00-da baş verib.

23:04

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APAxəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Əhmədov Eldəniz Umud oğlu idarə etdiyi VAZmarkalı avtomobildə sükana nəzarəti itirib.

Nəticədə maşın aşıb.

Qəza zamanı E.Əhmədov və hələlik şəxsiyyəti bilinməyən sərnişin hadisə yerində ölüb.

Digər sərnişin 1967-ci il təvəllüdlü Qurbanov Oqtay Süleyman oğlu ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

OXŞAR XƏBƏRLƏR