Bakıda sürücü öldürdüyü piyadanı yolun ortasında qoyub qaçdı

Bakıda sürücü öldürdüyü piyadanı yolun ortasında qoyub qaçdı
10:08 25.02.2013
1112

Bakının Xətai rayonu ərazisində avtomobil piyadanı köməksiz vəziyyətdə qoyub.

Rayon Polis İdarəsindən verilən məlumata görə, dünən naməlum avtomobil metronun “Həzi Aslanov” stansiyasının qarşısında 59 yaşlı Ruslan Əliyevi vurub. Sonra isə piyadaya kömək etmək əvəzinə, gəldiyi sürətlə də aradan çıxıb. 

Hələlik naməlum avtomobilin tapılması istiqamətində axtarışlar aparılır. 

Faktla bağlı Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə cinayət işi başlanıb. (milli.az)

 

 

 

OXŞAR XƏBƏRLƏR