22:16 Cümə, 17 Yanvar 2020
SOSİAL

Bakıda sürücü müdirinin seyfini oğratdı - külli miqdarda pul... - FOTO

14:36, 14.01.20203693
Bakıda sürücü müdirinin seyfini oğratdı - külli miqdarda pul... - FOTO
Mənzildən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar. 

AZXEBER.COM xəbər verir ki, DİN Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində ötən ayın 26-da Badamdar qəsəbəsində yerləşən K.Əliyevə məxsus evdən seyfi sındıraraq içərisindən 5700 manat, 6000 dollar və 60000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan dəstə üzvləri saxlanılıblar.

Tədbir zamanı əvvəllər məhkum olunmuş Biləsuvar rayon sakini Mahir Abbasov, əmisi oğlanları - Tural Abbasov, Bəhruz Abbasov, Masallı rayon sakinləri - Elmir Əsgərov, Cəfər Əlibəyli tutulublar.

Qeyd edək ki, mənzildən oğurluq etmək təklifini zərəçəkənin sürücüsü olan Tural Abbasov verib. O, dekabr ayının 26-da ev sahiblərinin mənzildə olmayacağını bildiyi üçün Bəhruz Abbasov və Elmir Əsgərovla birlikdə həmin ünvana yollanıb. Evin yaxınlığında B.Abbasov pusquda dayanıb, T.Abbasov və E.Əsgərov isə mənzilə daxil olub. Dəstə üzvləri özləri ilə seyfi kəsmək üçün dəmirkəsən aparat aparıblar.

Hadisədən bir neçə gün əvvəl T.Abbasov evin giriş qapısının ehtiyat açarlarını götürərək onların eynisini düzəltdirib. Dəstə üzvləri mənzilə məhz həmin açarlar vasitəsilə daxil olublar. Daha sonra dəstə üzvləri hadisə yerindən Mahir Abbasovun nəqliyyat vasitəsi ilə uzaqlaşıblar və əldə etdikləri qızıl-zinət əşyalarını Masallı rayonunda zərgərliklə məşğul olan Cəfər Əlibəyliyə satıblar. Həmin şəxs qızılların oğurluq olduğunu bilə-bilə onlardan alıb. Bu əməllərinə görə M.Abbasov və C.Əlibəyli də istintaqa cəlb ediliblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət başlayıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

 


XƏBƏR LENTİ