Bakıda sürücülər yolun ortasında əlbəyaxa dava etdilər – VİDEO

Bakıda sürücülər yolun ortasında əlbəyaxa dava etdilər – VİDEO
00:32 13.02.2013
2778

Bu gün Ziya Bünyadov prospektində 15 saylı marşrutun sürücüsü ilə minik maşınını idarə edən şəxs arasında münaqişə baş verib. Təqribən saat 14.00 radələrində adıçəkilən ərazidə sürücülərin bir birinə yol verməməsi sərnişinlər, eləcə də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli anlar yaradıb. Yolu bölüşdürə bilməyən sürücülər maşınlarını bir-birinin üstünə sürməyə başlayıblar.Bundan sonra içərisi sərnişin dolu avtobusu saxlamağa ərinməyən sürücü FİAT markalı avtomobilin sahibinin üzərinə hücum çəkib. Ətrafdakı vətəndaşların müdaxiləsindən sonra aralanan avtobus sürücüsü yenə də sürətlə nəqliyyat vasitəsini sürətlə sürməkdə davam edib. Yeri gəlmişkən, Baş Dövlət Yol Polis İdarəsi son vaxtlar sürücülərin nəqliyyat vasitələrini aqressiv idarəetmə hallarının çoxalmasını nəzərə alaraq vətəndaşlara xəbərdarlıq edib.“Xarici təcrübəyə baxsaq, orada aqressiv sürücülər inzibati məsuliyyətə cəlb edilir. Düzdür, bizdə konkret aqressisvliyə görə maddə yoxdur, inzibati məsuliyyət yoxdur. Amma avtoxuliqanlığa görə var. Elə avtoxuliqanlıq haradasa aqressivlikdən yaranır”, - deyə BDYPİ-nin şöbə rəisi Kamran Əliyev vurğulayıb.Şöbə rəisinin sözlərinə görə, yolun sağ tərəfi boş olan zaman sol istiqamətdə getmək qadağandır. Bunun üçün İnzibati Xətalar Məcəlləsində məsuliyyət də nəzərdə tutulub. Kamran Əliyev deyir ki, sürücünün əgər təcili işi yoxdursa, digər nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinə imkan yaratmalıdır.Bu gün marşrut avtobusunun iştirakı ilə baş verən hadisəylə əlaqədar Nəqliyyat Nazirliyindən bildirdilər ki, məsələylə bağlı araşdırma aparılacaq və sürücü müəyyən edilərək lazımi qaydada cəzalandırılacaq.

OXŞAR XƏBƏRLƏR