Bakıda taksi sürücülərindən əlavə "haqq" almırlar

Bakıda taksi sürücülərindən əlavə "haqq" almırlar
SOSİAL
12:16 21.12.2016
605

 

Bakıda taksi fəaliyyəti göstərən 7215 hüquqi və fiziki şəxs barədə (sürücülərin soyadı, əlaqə nömrələri və texniki göstəriciləri), həmçinin nəqliyyat vasitələrinin sayı, buraxılış ili və yerləşdiyi ünvan barədə məlumat bazası hazırlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli məlumat verib.

Onun sözlərinə görə, təqribi hesablamalara əsasən, hazırda Bakı şəhərində 15-16 min taksi minik avtomobili faəliyyət göstərir:

"Bu sahədə aparılan islər nəticəsində son bir ildə taksi sürücülərinin nəqliyyat müfəttişləri tərəfindən incidilməsi, onlara qarşı zor tətbiq edilməsi və dövlət rüsumundan kənar ödənişlərin tələb edilməsi halları tamamilə aradan qaldırılıb".

OXŞAR XƏBƏRLƏR