Bakıda tanınmış ilahiyyatçının azyaşlı oğlu qəflətən ölüb.
Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və dünyasını dəyişib.
Qeyd edək ki, S.Əyyubzadə orta məktəbin 4 sinfində oxuyurmuş.
Mərhumun ailə üzvləri uşağın ölümündə həkimləri günahlandırsa da, Səhiyyə Nazirliyi bunu təkzib edir. Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, S.Əyyubzadə Respublika Uşaq Klinik Xəstəxanasına gətiriləndə artıq ölmüş vəziyyətdə olub.
Uşağın atası Mircəfər Əyyubzadə Təzəpir Məscidinin axundudur.
///criminal.az