Bakıda tarixi binaların söküntüsü ilə bağlı Prezidentə müraciət edildi - MƏTN

SOSİAL
19:58 28.05.2016
2730

Şairə, pedaqoq Kəmalə Abiyevanın təşəbbüsü ilə Bakıdakı söküntülərlə bağlı vətəndaşların, ziyalıların ölkə başçısına narahatlıq dolu müraciəti yayılıb.

Paytaxtda olan tarixi tikililərlə bağlı vətəndaş narahatlığını ifadə edən müraciət sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılır.

AZXEBER.COM həmin müraciəti təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti Zati – aliləri cənab İlham Əliyevə Azərbaycan Respublikasının vətəndaşlarının MÜRACİƏTİ

Cənab prezident! Biz hər birimiz bu dövləti sevən, bu torpağı VƏTƏN bilən Azərbaycan vətəndaşıyıq. Dövlətin möhkəmlənməsi, inkişafı, tanınması, yüksəlməsi naminə görülən işləri və bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyirik. Bakı Vətən dediyimiz dövlətin paytaxtı - ürəyidir. Onun hər daşı hər birimiz üçün əzizdir, qiymətlidir - vətənin bütün daşları kimi. Amma bu daşlar başımıza, ürəyimizə yağır. Bakıda sökülməli olan evlər, məhəllələr də var. Göz bəbəyimiz kimi qorunmalı olan daşlar da. Hal-hazırda elə binalar sökülür, dağıdılır ki, onlar tariximizdi - onlar tarixi abidələrdi. Tarixi abidələrin qorunması haqqında qanunun ikinci maddəsində deyildiyi kimi : “ Tarix və mədəniyyət abidələri (bundan sonra — abidələr) arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir”. Bu yaxınlarda Azərbaycanın böyük sənətkarı Abbas Mirzə Şərifzadənin evi sökülərək həmin dəyərlərdən biri məhv edildi. Bu binanın üç əsrlik yaddaşı vardı. Qanuna görə tarixi şəxsiyyətlərlə bağlı binalar, xatirə yerləri qorunmalıydı… Qanunun ikinci maddəsinin b bəndində bununla bağlı yazılmasına baxmayaraq, Bakının müxtəlif yerlərində aparılan söküntü işləri illərdi davam edir. Şəhərin mərkəzində, “Sovetski” adlanan yerdə, ənənəvi məhəllələri ifadə edən evlər, qanuna görə memarlıq abidələri sayılan binalar, məhəllələr dağıdılır. Yasamal rayonunun başqa bir yerində, Murtuza Muxtarov 83 küçəsində “Yuğ” teatrının yerləşdiyi tarixi bina da eyni aqibətlə üzləşdi. O binanın əsası 1888- ci ildə qoyulmuşdu. On doqquzuncu əsr Azərbaycan memarlığını ifadə edirdi. Fərəculla hamamı kimi tanınan həmin binanın turizm üçün də əhəmiyyəti vardı. Biz istənilən turisti bu yerlərə dəvət edib 19 - cu əsrin Bakısı ilə tanış edə bilərdik…İndi də milyonçu Ağabala Quliyevin evinin söküləcəyi haqda xəbərlər yayılıb. Biz çox narahatıq, Cənab Prezident. Tarixi abidələrin qorunması haqqında qanunun ikinci maddəsinin b bəndinə əsasən bu tikililər, iç-içə evlər, dalanlar memarlıq abidələri kimi qorunmalıdı. b) memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardımçı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları ilə əhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər və ərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri;

Möhtərəm cənab prezident! İnandığımız, güvəndiyimiz, son istinad yeri və bu dövlətin başçısı kimi sizdən acizanə xahiş edirik, muzey kimi qorunmalı olan, tarixi tikililərin, binaların, məhəllələrin sökülməsinin qarşısını alasınız.Yoxsa, Bakımız məhv olacaq. Heç olmasa qalanları xilas edək. Vətənin hər daşını, hər qarışını sevən Azərbaycan Respublikasının vətəndaşları: 1.Kamalə Abiyeva – AYB üzvü, təhsil işçisi 2.Rəhman Orxan - jurnalist, AYB üzvü 3. Ilhamiyyə Rza - jurnalist 4.Aytən Yusifova – memar 5.Şəhla Quluzadə - təhsil işçisi. 6.Anar Quluzadə - mühəndis 7.Bəhruz Salmanov - AR vətəndaşı 8.Kəmalə Pənahova - AR vətəndaşı 9.Seymur Fərzəliyev - hüquqşünas 10.Şövkət Səmədova - təhsil işçisi. 11. Roza İsmayılova - təhsil işçisi 12.Rövşən Lətifov - iş adamı 13.Sevda Vahid - memar 14.Gülşən Rafiqqızı - AzTU-nun dosenti. 15.Aybəniz Ələkbərova - iqtisadçı 16. Aysel Əlizadə - publisist - yazar. 17. Təranə Musayeva - tərcüməçi, AYB üzvü 18. Mehparə Rəhimqızı - təhsil işçisi 19. Fərhad Mehdiyev – hüquq professoru, 20. Gülnaz Qənbərli - jurnalist 21.Rahib İsmayılov - dövlət qulluqçusu 22. Qalib Əlibəyli - gənc vətəndaş 23. Erşad Məhərrəmli - təhsil işçisi 24. Teymur Əliyev - rejissor, aparıcı 25. Müşfiq Şükürov - filosof 26. Lalə Qasımova - ədəbiyyatçı 27. Elnur Məmmədli - maliyəçi 28. Şahin Əzimov- iqtisadçı 29.Fidan Hüseynova - gənc vətəndaş 30. Bədurə Süleymanova - ədəbiyyatçı 31. İradə Süleymanova - həkim 32. Nərmin Dadaşova - yazar 33. Fuad Məmmədov - mühəndis 34. Cabir Hacıyev - iqtisadçı 35. Pərvin Abdullayeva - iqtisadçı 36. Elşən Abdulla - tarixçi - arxeoloq 37. Həqiqət İsmayılbəyli - hüquqşünas 38. Aysel Cəbrayılova - təhsil işçisi 39. Almaz Əliyeva - yazıçı, AYB üzvü. 40 Fərid Gəmici - mühəndis 41. Nəriman Etibarov - texnoloq 42. Səlim Hacıyev - gənc vətəndaş 43. Rəhimə Qiyasova - iqtisadçı 44. Turxan Abdullayev- əmtəəşünas 45. Zahid Kərimov – rəssam 46. Xətai Kərimov - iqtisadçı 47. Arif Ərşad - yazıçı, tərcüməçi 48. Rövşən İbrahimov - politoloq 49.Yeganə Kərimzadə - yazıçı, rejissor 50. Nİgar Allahverdi – müəllimə 51. İlqar Məmmədov – sürücü 52. Əyyam Əmirov – reportyor 53. Famil Rzayev – AR vətəndaşı 54. İradə Quliyeva – AR vətəndaşı 55. Gülər Axundova – evdar xanım 56. Eliza Dadaşzadə - məktəbli 57. Sevinc Babayeva – müəllimə 58. Erkin Süleymanlı – Tibb Elmləri Namizədi 59. Yusif İbrahimov – həkim 60. Leyla Quliyeva – tələbə 61. Sübhan Padarov – tarixçi 62. Sevil Cəlilova – həkim 63. Səmayə Abdullayeva – evdar xanım 64. Fəridə Kazımova – evdar xanım 65. Oktay Abdullayev – təqaüdçü 66. Şəbnəm Həsənova – TV aparıcı 67. Pərvanə Şıxəliyeva – təhsil işçisi 68. Əfsanə Hikmətli – hüquq müdafiəçisi 69. Fəxrəndə Dəmirova – müəllimə 70. Fəridə Mehdiyeva – ekoloq 71. Fəridə Kazımova – mühəndis 72. Ülkər Yusifova – tələbə 73. Elnarə Mirzəyeva – tələbə 74. Sevda Əliyeva – tələbə 75. Ramal Qurbanov - AR vətəndaşı 76. Dilqəm Əhməd – jurnalist 78. Tacirə Mahmudova – AR vətəndaşı 79. Ruqiyyə Əmirli – AR vətəndaşı 80. İradə Dadaşova – müəllimə 81. Gülüstan Ələkbərli – maliyəçi 82. Sahilə İbrahimova – yazıçı 83. Rəbiqə Nazimqızı – şair 84. Ramin Hacılı – siyasətçi 85. Bahar Hacızadə - təhsil işçisi 86. Arzu Məmmədova - dövlət qulluqçusu 87. Vəfa Rüstəm - vəkil 88. Şəhla Hümbətova – vəkil 89. Lalə Qasımova – AR vətəndaşı 90. Qaşqay Cəlilov – AR vətəndaşı 91. Ömər Hüseynov – AR vətəndaşı 92. Famil Rzayev – AR vətəndaşı 93. Aygün Fəttahova – AR vətəndaşı 94. Asəf Əmirov – AR vətəndaşı 95. Esmira Məmmədova – AR vətəndaşı 96. Səidə Vəliyeva – AR vətəndaşı 97. Hikmət Həsənov – televiziyaçı 98. Ulduzə Rüstəmova – mədəniyyət işçisi, bədii rəhbər. 99. Səmər Əvəzqızı – mədəniyyət işçisi 100. Nazim Cəfərov - sahibkar 101. Gül Abbasova - jurnalist

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA

14:18 13.02.2025

Somali Prezidenti Səngəçal neft terminalı ilə tanış olub

14:04 13.02.2025

Koreyalı alimlər xərçəng hüceyrələrini normallaşdıran üsul tapdılar

14:01 13.02.2025

“Sputnik Azərbaycan” və "BBC Azerbaycanca" ilə bağlı qərar verildi

13:54 13.02.2025

Bəşər Əsəd Suriyadan necə qaçırılıb? - TƏFƏRRÜATLAR

13:43 13.02.2025

Əsgərlikdən yeni gələn gənc faciəvi şəkildə öldü - FOTO

13:42 13.02.2025

"Qanun nəyi tələb edəcəksə, o da olacaq" - Zaurdan məhkəmə xəbərinə reaksiya