Bakıda təcili yardımın apardığı alkoqol xəstəsi yoxa çıxıb

Bakıda təcili yardımın apardığı alkoqol xəstəsi yoxa çıxıb
SOSİAL
18:40 07.09.2018
3844
Bakıda alkoqol xəstəsi itkin düşüb.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Nərimanov Polis İdarəsinin 18-ci polis bölməsinə Beyləqan rayon sakini Sahib Həsənov məlumat verib.

Məlumatda bildirilir ki, hadisə 4-5 gün əvvəl baş verib.

Cəlilabad rayon sakini, 1981-ci il təvəllüdlü alkoqol asılılığından əziyyət çəkən Əzizov İntiqam Akif oğlu 4-5 gün əvvəl Bakının Nərimanov rayonunun Təbriz küçəsi 17 ünvanının qarşısından Təcili Tibbi Yardım Stansiyasının avtomobili ilə götürülərək xəstəxana adı ilə naməlum istiqamətə aparılıb.

Həmin gündən etibarən İ.Əzizovun hansı tibb müəssisəsində saxlanılması barədə məlumat yoxdur.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsində araşdırmalara başlanıb.
OXŞAR XƏBƏRLƏR