Bakıda təhlükəli cinayətkar ələ keçdi: avtomat silah və patronlar götürüldü

Bakıda təhlükəli cinayətkar ələ keçdi: avtomat silah və patronlar götürüldü
SOSİAL
17:05 27.08.2019
2760
Bakı sakinindən avtomat silah və patronlar götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər oğurluq və maşın qaçırmaya görə məhkum olunmuş R.Hüseynbəyovdan "AKS-47" markalı avtomat silahı və 20 ədəd patron götürülüb.
OXŞAR XƏBƏRLƏR