Bakıda dəhşətli qəza: Tələbə qız öldü

SOSİAL
22:44 02.04.2022
3548
Bakıda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM-un Qafqazinfo-ya istinadən verdiyi məlumatına görə, hadisə paytaxtın Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetməni itirərək, işıq dirəyinə çırpılıb. Nəticədə, avtomobilin sərnişini Cəfərzadə Aysel Ruslan qızı hadisə yerində keçinib.

Qeyd edək ki, Aysel Cəfərzadə Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsi olub.

OXŞAR XƏBƏRLƏR