Bakıda tələbə qız qaçırıldı

Bakıda tələbə qız qaçırıldı
SOSİAL
16:32 19.11.2017
10519
Bakıda universitetin qarşısından tələbə qız qaçırılıb.
Beyləqan rayon sakini, 1948-ci il təvəllüdlü Aslanova Tamilla Zeynalabdin qızı polisə müraciət edərək bildirib ki, noyabrın 17-də saat 13:00 radələrində Azərbaycan Pedaqoji Universitetin 2-ci kurs tələbəsi olan 18 yaşlı qızı Nigar (ad şərtidir) universitetin qarşısından qaçırılıb.

Şikayətçi əlavə edib ki, qızının qaçırılmasını Beyləqan rayon sakini, 1996-cı il təvəllüdlü Əliyev Mirkənan Nazim oğlu təşkil edib.

Qadın qızının evə qaytarılmasında polisdən kömək istəyib.
 
/// Lent.az
OXŞAR XƏBƏRLƏR