Bakıda tələbə yataqxanasında qan töküldü

SOSİAL
11:23 06.06.2016
1862
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında yerləşən Tibb Texnikumunun yataqxanasında Cəbrayıl rayon sakini, 1990-cı il təvəllüdlü İsgəndərov Elvin Məhəmməd oğlu bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alan 26 yaşlı E.İsgəndərov Respublika Kliniki Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.
///lent.az

OXŞAR XƏBƏRLƏR