Bakıda tələbəni bıçaqlayan şəxs tutuldu

Bakıda tələbəni bıçaqlayan şəxs tutuldu
12:29 14.03.2013
980

Tələbə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Martın 12-nə keçən gecə Bakı şəhərinin Nizami rayonu ərazisində baş vermiş bıçaqlanma hadisəsinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1991-ci il təvəllüdlü Elşən Şakir oğlu Seyfiyev Nəsimi küçəsi 30 saylı binanın həyətində bıçaqlanıb. Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər. Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən, Cəlilabad rayon sakini Rauf Bayramov martın 13-də tutulub. Faktla bağlı cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR