Bakıda telefon nömrələrinin sayı 800 minə çatır

MARAQLI
11:17 25.01.2012
1286

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi şəbəkəsi ATS-lərinin montaj tutumları 778000 nömrəyə çatdırılıb.

  AZXEBER.COM-unictnews.az-a istinadən verdiyi məlumata görə, bu barədə birliyin texniki direktoru Rəsul Qurbanov məlumat verib. Onun sözlərinə görə, stansiyaların rekonstruksiyası, genişləndirilməsi və yerinin dəyişdirilməsi ilə yanaşı, şəbəkənin xətt şəbəkəsində 18000 cüt yeni xətt qurğuları tikilərək istifadəyə verilib, şəbəkə ATS-lərinin alternativ rabitəsinin təşkili və eyni zamanda internet xidmətlərinin göstərilməsini genişləndirmək məqsədilə şəbəkədə 33,4 km fiber optik kabellərin çəkilməsi təmin olunub. Qeyd edək ki, "Azevrotel" MMC-nin BTRİB-in tabeliyinə verilməsindən sonra bu şəbəkədə də modernləşdirmə aparılır.

OXŞAR XƏBƏRLƏR