Bakıda avtomobil təmiri sexi yanıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 65 m² olan, 2 boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları və içərisində təmirə dayanan "Mercedes" markalı minik avtomobili yanıb.
Bitişik sexlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.










































